29 Aprel 2025 12:36
132
İDMAN

"Barselona" - "İnter" oyunu təxirə salına bilər

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilməli olan "Barselona" - "İnter" matçı təxirə salına bilər.

Adalet.az xəbər verir ki, bu barədə "El Desmarque" nəşri məlumat yayıb.

İspaniyada elektrik enerjisinin kəsilməsi buna səbəb ola bilər. "İnter"in bu gün günortadan sonra Barselonaya yollanacağı gözlənilir. Lakin uçuşun ləğv olunmaq ehtimalı da var.

"Reuters" agentliyinin məlumatında isə bildirilir ki, İspaniya Daxili İşlər Nazirliyi artıq dünəndən elektrik enerjisinin kəsilməsi səbəbindən bölgələrdə fövqəladə vəziyyət elan etməyi planlaşdırır.

Qeyd edək ki, qarşılaşma aprelin 30-da, Bakı vaxtı ilə saat 23:00-da başlamalıdır.