02 Noyabr 2024 17:00
2388
ŞOU-BİZNES

"Çox əziyyət çəkirəm, üzüm şişib" - Fatimə

Rəqqasə Fatimə Fətəliyeva reklam qarşılığında ona diş düzəldən stomotoloqdan şikayət edib.

Adalet.az lent.az-a istinadən xəbər verir ki, bu haqda o qatıldığı teleproqramlardan birində məlumat verib.

"Tanınmış diş həkiminin yanına getdim, dişlərimi bərbad vəziyyətə qoydu. Reklam qarşılığında etmişdi. Pulsuz olanda belədir. Çox əziyyət çəkirəm. Üzüm şişib. Gecə mənə müvəqqəti dişlər qoydular ki, səhər sizin verilişinizə gələ bilim. O həkimin adını açıqlayıb pislik etmək istəmirəm. Pulsuz olanda belə olur" deyə o bildirib.