"Daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var" - Dövlət başçısı

Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib.
“Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”, - deyə dövlət başçısı vurğulayıb.
Digər Xəbərlər

Ceyhun Bayramov Pakistan XİN rəhbəri ilə telefonla DANIŞDI

İlham Əliyevin müsahibəsi zamanı Azərbaycan çayı barədə maraqlı dialoq

"Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik" - Prezident

Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib

Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olub - YENİLƏNİB

Feridun Sinirlioğlu: ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür

Azərbaycan Ermənistan və Fransaya çağırış edib
