18 Yanvar 2025 11:06
52008
MƏMLƏKƏT

Dibçək güllərinə qış qulluğu:Hava, su, gün işığı...

Artıq havalar çoxdan soyuyub və dibçək güllərini sevənlər onları çoxdan evə köçürüblər. Köçürülmə dibçək güllərinin soyuqdan qorunması üçün çox vacibdir. Yeri gəlmişkən, güllər otağa daşınmamışdan öncə mütləq dizenfeksiya olunmalıdır.

Dibçəkləriniz üçün normal şərait yaradın. Əvvəlcə evinizə ən uyğun olan bitkiləri öyrənməlisiniz. Mütəxəssislər fikrincə, güllər qəbul etdikləri suya, hava şəraitinə, gün işığına tələbatları ilə seçilir. Gülləri bir-birində xarakterinə görə ayırmağı bacarsanız o zaman sulama prosesini də düzgün qurmuş olacaqsınız. Su nəinki bütün bitkilər, eləcə də, bütün canlılar üçün həyat mənbəyidir.                                                          Məsələn, tropik bitkilərin nəmə daha çox ehtiyacı var. Amma Tutaq ki, kaktus suyu çox sevmir, ona həftədə bir dəfə su vermək kifayətdir. Ətirşah torpağın üst təbəqəsi quruyandan sonra sulanmalıdır. Bir çoxunuz bilirsiniz ki, bitki çox sulandıqda və ya davamlı olaraq drenaj edil dikdə kökləri çürüməyə başlayır. Həddindən az sulandıqda isə saralmağa, yarpaqların tökməyə, qurumağa başlayır. Bu səbəbdəndə yetişdirmək istədiyiniz gülün xarakterini öyrənmək- bilmək vacibdir.

Hava şəraiti- istilik səviyyəsi, gün işığı daha aşağı olan bir yerdə yaşayırsınızsa, daha çox nəmişlik yaratmağın da yolları mövcuddur. Dibçəyin dibinə çay daşları yerləşdirmək və ya dibçəyi su dolu bir qabın içinə qoymaq bu üsullardan bir neçəsidir. Sprey başlıqlı su qabı ilə yarpaqları nəmləndirmək də bir digər üsuldur. Güllərinizi evinizin gün işığı görən yerlərinə yerləşdirin. Bitkilər növlərinə görə birbaşa günəş işığına və ya kölgəyə ehtiyac duyurlar. Əgər az işıq istəyən bitkiləri birbaşa günəş işığı düşən yerlərə qoysanız, yarpaqlar yanıb qaralmağa başlayar.

Gübrələmə və yaxud “yemləndirmə” dibçək güllərinə mütəmadi lazımdır. Bitkilərinizə gübrə vermək onların yaxşı inkişaf etməsinə səbəb olur, ancaq həddən artıq gübrə vermək sizi dibçəyi dəyişdirməyə məcbur qoya bilər. Xüsusilə yay aylarında bitkinizi zərərvericilər üçün cəlbedici hala gətirə bilər. Bitkilər üçün ümumi qayda, adətən yaz və yay aylarında, yəni böyümə dövrləri ərzində ayda bir dəfə gübrələməkdir. Qışda onsuzda buna elədə böyük ehriyac duyulmur.

Son olaraq dibçəklərin yerlərini çox tez-tez dəyişdirməyin. Bitkilərinizin yerini dəyişdirmək sizə maraqlı gələ bilər, amma ev heyvanları kimi otaq bitkiləri də çox yer dəyişdirməyi xoşlamırlar. Buna görə də onun üçün ən uyğun yeri əvvəlcədən seçin və məcbur qalmadıqca dəyişdirməyin.

Nəhayət gül – gözəllikdir!, Gül- həzz almaqdır!Gül- çox vaxtl lham pərimiz və ən gözəl hədiyyəmizdir. Evinizdə, isti yuvanızda gözəllik, sevgi, hədiyyələr bol olsun. Di, gedin gül əkin!

 

Əntiqə Rəşid