DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edib - VİDEO

Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 25-dək, boyu 180 santimetrdən hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.
Ünvan : Bakı ş. Xətai rayonu 8 Noyabr prospekti 69.
Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590 64 68, (012) 590-80-66; (012) 590-94-12; (012) 590-98-37; (012) 590-93-64; (012) 590-97-52.
Digər Xəbərlər

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu - VİDEO

Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı...

Ramazanın 16-cı günü: Dua, imsak və iftar vaxtı...

Temperatur 15 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Ağalar Vəliyev şəhid, qazi ailələrinə, ağsaqqalara bayram sovqatları göndərib - FOTOLAR

Prezident onları təltif etdi - SİYAHI

DİN-dən bank kartları ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ - VİDEO
