Dünyanın 24 super-milyarderi:1-ci yerdə Maskdır

"The Wall Street Journal" və Altrata analitik şirkəti yeni siyahı ortaya qoyublar.
Adalet.az xəbər verir ki, amerikalı sahibkar İlon Mask dünyanın müxtəlif ölkələrindən 24 nəfərin daxil olduğu super milyarderlər siyahısına başçılıq edir .
Bildirilir ki, bu 24 nəfərin sərvəti 50 milyard dollar olaraq qiymətləndirilir: “Onlardan hər birinin sərvəti ən azı 50 milyard dollar qiymətləndirilir. Artıq ultra-zəngin insanların yeni kateqoriyası – super-milyarderlərin meydana çıxmasından danışmaq olar. Bu siyahı üçün dünyanın hər yerindən 24 nəfər müəyyənləşdirilib. “SpeysX”, “Tesla” və X şirkətlərinin rəhbəri İlon Mask 419,4 milyard dollar sərvəti ilə reytinqdə birinci yeri tutub. Onun ardınca “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos (263,8 milyard dollar), LVMH-nin sahibi Bernar Arno (238,9 milyard dollar), “Oracle” texnoloji şirkətinin rəhbəri Larri Ellison (237 milyard dollar) və “Meta” korporasiyasının baş direktoru Mark Zukerberq (220,8 milyard dollar) gəlir”.
"The Wall Street Journal" qeyd edib ki, ümumilikdə dünyanın 24 ən varlı adamının payı 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə oluna bilər.
Xatırladırıq ki, artıq bir neçə ildir ki, İlon Mask dünyanın ən varlı adamları reytinqində birinci yeri tutur. Ötən il Maskın sərvəti 263 milyard dollar olaraq qiymətləndirilib. Bir il ərzində o, 33,5 milyard dollar zənginləşib. İkinci yerdə 209 milyard dollar sərvətlə "Amazon"un qurucusu Ceff Bezos qərarlaşıb. Bezos 2023-cü ildə 32,2 milyard dollar zənginləşib. Mark Zukerberq isə 201 milyard dollar sərvəti ilə üçüncüdür. O, bir il ərzində 72,9 milyard dollar zənginləşib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Qiyamət tarixi açıqlandı: Türkiyə səhraya çevriləcək

Mollalar cəhaləti təbliğ eləyir...

Dünyada super milyarder olan insanların sayı açıqlandı

Çin şirkətindən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Terrorçu daşnak, qatil "Tayqulaq" Andranikin "doğum günü"nə...

Göygöl DONDU - Turizm marşrutları məhdudlaşdırıldı - VİDEO

“Azərsun Holdinq” Dubayda Gulfood-2025 sərgisində iştirak edir - FOTOLAR
