Əbülfət Mədətoğlu: Oğul xəcaləti

Dünən, yəni iyulun 30-da Beyləqandakı məhşur məzarlıqda ata- anamı ziyarət etdim...Və ilk dəfə oğul kimi onların önündə xəcalət çəkdim...Qardaşım Sabir həyatda olanda ( O qaçqın kimi Beyləqanda məskunlaşmışdı ...indi burada uyuyur!!!!) tez-tez onlara baş çəkir...bu qoşa məzarın ətrafında ot- ələf bitməsinə imkan vermirdi... İndi isə....Bu cümə axşamı günü onların ruhuna üz tutdum....
Bu gün sizə baş əydim
Altınacan torpağın!..
Çiynimdən yüksək oldu-
Ata.ana gorgahı!..
Müqəddəslər ünvanı,
Otlar içində itir...
Oğul məzar önündə
Quru ağac tək bitir
Yolur ,göz yaşlarının
Köməyilə ələfi...
Allah bağışlayarmı-
Mənim kimi xələfi?
Qoşa məzar çevrəsi
Sükut yüklü ...və susqun...
Qəm boğur son nəfəsi -
Çıxmır candan ha udqun!...
Məsafə uzaqlığı
Vaxt qıtlığı bəhanə...
Ruhunuza diz çökdüm -
Bağışlayın rəhm ilə...
Digər Xəbərlər

Xoşbəxtlik paylaşılınca çoxalırmış! - Aqşin Yenisey yazır

ŞƏHİDLƏR BOYLANIR BU KİTABDAN

Əzəli-əbədi güc - Pərvanə Bayramqızı yazır
