Efirlərdə görünməyən meyxanaçı yataq xəstəsi imiş - VİDEO
Uzun müddətdir efirlərdə görünməyən meyxanaçı Xəyyam Quliyevdən xəbər var.
Adalet.az-ın məlumatına görə, "De, gəlsin" müsabiqəsi ilə məşhurlaşan söz ustasının ürək çatışmazlığından əziyyət çəkdiyi və üç aydır yataq xəstəsi olduğu məlum olub.
Bununla bağlı Xəyyam "Xəzər TV"tə danışıb. Onun sözlərinə görə, onunla bərabər anası da yataq xəstəsidir və onlar bir-birləri ilə qonşu otaqlardan videozəng vasitəsilə əlaqə saxlayırlar.