29 Iyun 2016 12:54
299752
MODA

“Excelsior Hotel & Baku” otelində moda gecəsi

25 iyun 2016-cı il tarixində "Excelsior Hotel Baku” otelinin və FMS Models model agentliyin təşkilatçılığı ilə "Baku Fashion Night” tədbiri keçirilib.

Adalet.az xəbər verir ki, proqrama dizayner Mehriban Məlikovanın toxunma çimərlik geyimləri, dizayner Alyona Salimovanın İrlandiya texnikası ilə toxunmuş yay paltarların kolleksiyası və dizayner Sehri Rəhimovanın incəlik adlanan yay kolleksiyası nümayiş olundu. Həmçinin, tədbirdə rəssam-keramist Vüsalə Ağaraziyevanın sərgisi və gənc Azərbaycan dizaynerlərinin aksessuarların, bijuteriyaların və ziynət əşyaların sərgisi təqdim olundu. Şənbə gecəsini öz gözəl səsi ilə pianoçu, vokalist və məşhur musiqiçi Aysel Məmmədova daha da xoş etdi.

"Excelsior Hotel & Spa Baku”oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 "İmperial" kral otagi, 2 "Royal" suit otaq, 4 "Crown" suit otaq, 45 "Heritage" lüks otaq ve 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var.