10 Iyun 2016 14:49
263705
MODA

Gözəllik - zamanın caynağında

Gözəllik– nə qədər zövqə görə ölçülsə də, hər zamanın öz standartları ilə hesablaşmalıolur. Hətta zamanla ayaqlaşmayıb, cəmiyyətin istəklərinə boyun əyməyən ən biganə,asetik insan belə gözəlliyə elə qəbul etmədiyi cəmiyyətin gözü ilə də baxmalıolur. Tarix boyu gözəllik standartları dəfələrlə dəyişilib, həm də elə köklüdəyişib ki, bir əsrin gözəllik anlayışı o biri əsr üçün çılğınlıq,ağlasığmazlıq kimi görünüb. Nəinki əsr, bəzən onillik belə gözəllik anlayışınınyerli-dibli dəyişməsinə kifayət edib. Məsələn: XX əsrin 50-ci illərinin "iştahaaçan” ( iri sinəli, incə belli, iri yanbızlı) gözəllik standartı cəmi 10 ildənsonra arıq, uşaq bədənli, xəstə görkəmli, çilli, qısasaçlı "gözəlliy”ə dəyişib. 

Təxminən 2-3 il qabaq avtobusda bir qadına gözüm sataşdı və dərhal da diqqətimiçəkdi: qadın qucağında uşaq tutmuş, boynunu yana əymiş, əsl qəmli üzlü İNTİBAHgözəli idi! Elə bil Da Vinçinin, Mikelanconun, Santinin portretlərinə baxırdım. MonaLizanı itələyib yerində dayanmışdı: həmin enli, qaşsız alın, yumru sifət, nazikdodaq, dar çiyin və s. Amma təsəvvür edin, məndən başqa bir nəfər də ona tərəfbaxmırdı. Niyə? Çünki onun gözəlliyi zamanını səhv salmışdı. Beş yüz il öncədoğulsaydı, indi rəssamların ilham pərisi, kral arvadı, ən azından hersoginyadan,qrafinyadan biri olardı, əri də qarşısında səcdə edərdi. Təəssüf ki, gözəlliyizamanı yaxalaya bilmədiyi üçün bir əlində iri ərzaq torbası, qucağında uşaq,nimdaş paltarda, sınıq-salxaq avtobusda gedirdi.

Başqabir misal çəkim: gözəl bir iş yoldaşım vardı. On il bundan qabaq AnjelinaJolinin gözəl, sağlam və daha dəbli vaxtlarında aktrisaya meydan oxuyurdu. Çoxuğurlu və həsəd aparılacaq nikahı oldu. Nikaha qədər də məhz gözəlliyininsayəsində 23 yaşındaykən nüfuzlu şirkətə rəhbərlik etdi. Qızın toyunda anasıbizə maraqlı hekayət danışdı – ən qəribəsi öz qızına paxıllığı səsindəduyulurdu. Qəribədir ki, qulaq asanlardan heç kim də qadını bu həsəddəqınamadı. Deyirdi ki, qızım doğulandan iki-üç ay sonra dərd məni götürmüşdü,çünki eynən özümə bənzəyirdi, demək gənckən mənim əziyyətlərimi o da təkrarlayacaqdı.Zamanla boy-buxunu ilə də məni təkrarladı: hündür boy, arıq bədən, nazikayaqlar, həddən artıq qalın, ətli dodaqlar, kiçik mavi gözlər, almacıqsümüklərinin bəlli şəkildə qabarıqlığı... Mən bu görünüşlə 70-ci illərin ənçirkin qızı idim. O dövrdə bəstəboy, ətli, dolğun ayaqlı, iri gözlü, yumrusifətli qızlar gözəl hesab olunurdular. Məktəbdə, institutda oğlanlar mənə lağedərdi. Nəhayət, 30 yaşımda birtəhər, zamanının ən eybəcər kişilərindən biri iləailə qurdum, hələ buna da şükür edirdim. Amma qızımın bəxti gətirdi: birvaxtların eybəcərlik əlamətləri indi gözəllik standartı sayılır. Qızım istədiyikimi yaşadı, üstəlik bunu bilə-bilə qapımızı necə arzuların şahzadələri elçiliküçün döyürdülər...

Gördüyünüzkimi, əslində insan gözəl olaraq doğulmur, sadəcə zamanının standartlarınauyğun gəldiyi üçün gözəl sayılır. Beyons Nouls orta əsrlərdə doğulsaydı, ulunənələri kimi qul olacaqdı. Təkcə ona görə yox ki, o zaman zəncilər kölə idi,həm də ağ bədənin gözəllik simvolu sayıldığı bir zamanədə qara qız kimindiqqətini çəkərdi ki? Yaxud təsəvvür edin ki, Anjelina Coli İntibah dövründədoğulub... Demək, atalar sözünə əlavə etməliyik: "Gözəl üzün olunca, gözəlbəxtin və uyğun VAXTın olsun”      

Bəszamanla gözəllik hansı dəyişikliklərə məruz qalıb?

Əvvəlcəonu deyək ki, gözəllik təkcə kişi zövqünə, qadın kaprizinə görə dəyişmir. Buzamanın tələbləri, mühit, hər hansı bir kultun qabarıqlığı, hətta çətinşəraitlə ölçülür.

Lapbaşa gələk – antik dövrlərə. Qədim Misirdə gözəl qadın sarımtıl dərili, hündürboylu və yeniyetmə oğlan bədənində olmalıydı – düz sinə və dar ombalarla.Mütləq də əsmər, heykəl kimi düz otutub-durmalıydı. Uşaq üzlü, arıq qadınlar qədimMisirdə doğuşun az olması ilə əlaqəli idi. Adi ailələrdə 2-dən artıq uşaqolmazdı, saraylar isə yalnız fironun qocalması zamanı uşağa ehtiyac duyurdular.Ona görə də qadınlar öz xarici görünüşləri ilə uşaqları "əvəz”ləyirdilər.

QədimYunanıstanda gözəllik təkcə zövq deyildi, həm də kult idi. Burada özünü gözəladlandıran qadının bütün orqanları standart ölçü əsasında hesablanırdı. Deyəkki, gözəl qadının biləyinin və ya boynunun ölçüsü hesaba düz gəlmirsə, artıq o,bu adı daşıya bilməzdi. Qədim yunanlar daha çox təbii incəlikdə olan qadınbədəninə üstünlük verirdilər. Yunanıstanda mədəniyyət və incəsənətin hər şeydənüstün olması ilham pərisi olan qadını əksər zamanlarda qəbulolunan təbii standartlarda saxlayırdı. Çünki yunanlar ərsəyə gətirdikləriəsərlərin minillikləri aşacağından əmin idilər.  

Ortaəsrlərin gözəli solğun üzlü, xəstə bənizli olmalıydı. Qadınlar alının qabarıqolması üçün saçlarının önünü ülgüclə qırxardılar, qaşlar isə olduqca seyrək, görünməz saxlanırdı. Üzə dəri rəngindən bir ton açıq pudra vurulur, başqa kosmetikvasitələrdən istifadə olunmurdu, bu da qadını sanki indicə xəstə yatağındanqalxmış kimi göstərirdi. Həmin dövrdə antisanitariya, epidemiya, dinidoqmatizm və s. səbəblərindən insanların üzündə yaranmış xof, yorğunluq,xəstəlik gözəlliyə belə don biçmişdi.

XVIII–XIXəsr yenidən təbii standartlar zirvəyə qalxdı. Çünki klassikanın tavan vurduğudönəmlərdə klassik qadın gözəlliyi də qaçılmaz idi.

XX əsrən çox standart dəyişdirən əsrdir: məhz bu yüzillikdə qadınlar özlərini mövcudgözəlliyə uyğunlaşdırmağa macal tapmamış yeni standartlar dəbə minirdi. ÇünkiXX əsr texnologiyadan tutmuş, təfəkkürə qədər çox dəyişkən keçmişdi. Sankibəşəriyyət 20 əsr yatmış və birdən ayılmışdı. Bir-birinin ardınca texniki icadlar,dəyişkən siyası rejimlər və onları nəticələri gözəlliyi də çaş-baş salmışdı.Gah yeni texnologiyanın, xüsusilə kinonun təsiri ilə fotogenik gözəllik, gah damilitar rejimdən dolayı hərbçilərin iştahasına uyğun yuvarlaq bədən ölçüləridəbə düşürdü. Əsrin sonlarına yaxın seksual və düşüncə azadlığı sərgərdanhippiləri, kişiyə meydan oxuyan azad qadının idmançı bədənini ortaya çıxartdı.

YaşadığımızXXI əsr isə ötən yüzilliyin çılğınlığını təkrarlamaq üzrədir. Əsin cəmi 16ilini ötürməyimizə baxmayaraq, neçə-neçə gözəllik standartları önümüzdə nümayişolunub. Bu da güman ki, 16 il ərzində texnologiyanın nağılvari "ağıllanması”,oynaq düşüncələr, dalğın təfəkkürlər sayəsində mümkün olur. Hazırda təbii qadınölçüləri yenidən dəbə gəlib. Eyni zamanda plastik cərrahiyyə sayəsində bütünqızlar bir anadan doğulmuş kimi bənzər olublar. Sadəcə, digər zamanlarınqadınlarından bir üstünlüyümüz var: əgər görünüşümüz standarta uyğun gəlmirsə,zamanında doğulmamışıqsa, Allah plastik cərrahların əlinə qüvvət versin!      

Şəfiqə ŞƏFA