05 Mart 2025 11:30
450
MÜSAHİBƏ

"Gürcülərin bizə yaşatdığı "svan" fəlakəti: Udabno faciəsi"- MÜSAHİBƏ

Mən heç vaxt Gürcüstanda olmamışam, heç gürcü millətindən biri ilə “salam-məleykim”im də olmayıb. Amma oxuduğum tarixi kitablar, xəbər portallarında Gürcüstanda azərbaycanlılara qarşı rastlaşdığım münasibət , eyni zamanda, 2019-cu ildə Azərbaycanın Gürcüstanla sərhəddə yerləşən “Keşikçidağ” (Gürcüstan tərəfinin versiyasına görə “David Qareci”) monastır kompleksi ətrafında yaranmış gərginlik zamanı gürcülərin nifrətinin şahə qalxmasını ortaya qoyan mənzərə...

Hələ  Gürcüstan hökümətinin Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Qarabağda azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büst qoyulmasına icazə verməsi də bir ayrı nifrət göstərisidir. Müşahidəm prinsipcə gürcülərin ermənilərdən heç də geri qalmadığını deyir.

Bu fikirlərimi siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sosial şəbəkə hesabında paylaşdığı bir post sanki təsdiqlədi. Xatırlayırsınızsa, bir neçə il əvvəl Zaur müəllim sosial şəbəkədəki hesabında Gürcüstanda satılan fincanın üzərindəki xəritədə orada yaşayan həmyerlilərimiz təhqir olunduğunu iddia etmişdi. O bildirmişdi ki, həmyerlilərimizin yaşadığı əraziyə eşşək şəkli çəkilib və başının üstündə yekəqarın gürcü kişisi yumruğunu sıxıb, eşşək isə müti halda başını aşağı salıb.
Daha sonra Z. Əliyevin gürcülərin azərbaycanlılara qarşı bir ədalətsizliyindən yazdı. Əslində isə özü bu hadisəni faciə adlandırırdı. İndi isə tarixçi alimlə bu mövzuda söhbətimizi sizin diqqətinizə çatdırırıq.


- Zaur müəllim, bir dəfə “Udabno faciəsi” adlı bir paylaşım etmişdiniz…Düzünü deyim ki, o günə qədər nə Udabno sözünə , nə də o faciəyə aid heç bir məlumatım olmayıb.

- Təccüblənməyinə dəyməz...Bu hadisə haqqında onsuz da çox az adam bilir. 1980-ci ildə baş verən, sovet dövründə üstü bağlanılan və araşdırılmasına izn verilməyən Udabno hadisəsi xalqımızın başına gətirilən ilk milli zəmində faciə adlana bilər. Qeyd edim ki, Saqareco bölgəsində -  Udabno kəndində tarix boyu azərbaycanlılar yaşayıblar.

- Hadisədən danışmamışdan əvvəl haqqında söhbət gedən əraziləri oxucularımıza tanıtsanız yaxşı olardı.

- Qədim oğuz yurdu olan Qaraçöp mahalı Gürcüstanda yaşayan azərbaycanlıların ən sıx yaşadığı ərazidir. Azərbaycan mənbələrində Qaxet adıyla tanınan Kaxeti vilayəti var. Həmin bu vilayətin paytaxtı da Qaracalar‎ olub ki, hazırda gürcülər onu Telavi adlandırırlar. Kaxeti vilayətində bir Saqareco şəhəri də var ki, bizim Qaraçöp mahalı o rayonun ərazisinə düşür və Lor-Muğanlı, Düzəyrəm, Ləmbəli, Keşəli, Tüllər, Qazlar, Qarabağlı, Muğanlı, Baldo adlı səkkiz kəndi özündə birləşdirir.

11-ci əsrdə siyasi amillər səbəbindən gürcülərin təsiri altına keçən “Keşikçidağ” - gürcülərin dili ilə desək “David Qareci” məbədi də həmin kəndin ərazisində yerləşir. Böyük əhali etnik azərbaycanlılardan ibarət olan kəndin sakinlərinin kənd təssərrüfatı sahələri, gözəl evləri və qurulmuş yaxşı infraksturu var idi.

- Bəs , onda, tarix boyu azərbaycanlılar yaşayan Udabno kəndində 1980- ci ildə nə baş verdi?


- Kənd qədim olduğu üçün də əhali təbii ki, etnik azərbaycanlılardan ibarət idi. Kəndin sakinlərinin kənd təssərrüfatı sahələri, gözəl evləri və qurulmuş yaxşı infraksturu var idi. Gürcüstan hokuməti 1980-ci illərdən etibarən etnik svanları bəhanələrlə azərbaycanlılar yaşayan ərazilərə köçürməyə başladı.

- Svanlar? Onlar da kimdir?

 - Svanlar- Kartvel dil ailəsinə daxil olan svan dilində danışan etnik qrupdur. Gürcüstanda özlərinə düşmən kimi azərbaycanlıları görürlər. Baxmayaraq ki, Atatürk və Azərbaycan Cümhuriyyəti 1918-1919-cu illərdə onlara kifayət qədər kömək ediblər.

- Yadıma düşdü. Uzun illərdir azərbaycanlıların yediyini-içdiyini zəhər edən toplum....2021-ci ildə Gürcüstanın Dmanisi (Başkeçid) şəhərində svanlarla yerli azərbaycanlılar arasında böyük bir qaşıdurma oldu. Qan su yerinə axdı. Olay bir neçə gün də davam etdi. Hətta xəbərlərdə deyilirdi ki, azərbaycanlılara hücum edən kiçik terror təşkilatları kimi fəaliyyət göstərən silahlı svanların arxasında, şübhəsiz ki, iri kriminal qruplaşmalar dayanırdı, yerli hüquq-mühafizə orqanları “oğru dünyası”ndan “haqq” aldığından, bu cür hallara demək olar ki, reaksiya vermirdilər.

-Bəli, svanlar o əraziyə köçürüləndən sonra düşmənçiliyə istiqamətləndilər. İlk işləri azərbaycanlılara aid abidələri məhv etmək oldu. Hətta iş o yerə çatdı ki, yaşı 300 ildən çox olan qədim qəbiristanlıqları belə sökməyə başladılar. Gürcüstanın Azərbaycanlılara aid hissəsinə köçən svanları yerlilər "eko-miqrantlar" adlandırılar.

- "Eko-miqrantlar"? Elə niyə?

- 1987-ci ildə Svaneti dağlarında sürüşmə bəhanəsi edib onları azərbaycanlılar yaşayan ərazilərə köçürən Gürcüstan rəsmləri bilirdilər ki, iki xalq arasında böyük mübahisəli məsələlər dinc yolla həllini tapa bilməyəcək. Gürcüstan Mərkəzi Komitəsinin rəhbəri Patiaşvilinin bu planı gələcəkdə yüzlərlə insanın evsiz eşiksiz qalması ilə nəticələnəcəkdi.

Svanların yaşadıqları Mulaxi kəndindən sakinlərin köçürülməsi üçün Azərbaycanla sərhəddə yerləşən Udabno kəndi seçildi. Gürcülər yaşayan yox, məhz azərbaycanlılar yaşayan ərazilər...Svanların sürüşmə zonasından gəlməsini eşidən yerli azərbaycanlılar onlara həm sığınacaq, həm də yemək verdilər. Və əvvəlcə iki tamamilə fərqli xalq sülh şəraitində yaşayırdı.

Lakin tezliklə toqquşmalar başladı və millətçilik gücləndi. Udabnoda nəsillər boyu yaşamış azərbaycanlı ailələri “tatar” adlandıraraq, azərbaycanlı uşaqları döyürdülər – fiziki zorakılıqla yanaşı svanlar azərbaycanlılara mənəvi zorakılıq tətbiq edirdlər. Küçədə görüdükləri azərbaycanlıları ölümünə döyən svanlar uşaq, qadın, yaşlı bilmədən hər kəsi ağır formada döyürdülər.
Udabnoya qayıtmasınlar deyə azərbaycanlıların evlərini uçurdub, qarşılarına çıxan hər bir mədəniyyət, tarixi və dini abidələri darmadağın edirdilər.
Bu gün Udabno əhalisi təxminən 500 nəfərdir və azalmaqda davam edir. Svanlar heç vaxt səhrada yaşamağa öyrəşməyiblər, imkan daxilində dağlara qayıdırlar, lakin azərbaycanlılar artıq bu yerə qayıtmağa tələsmirlər.

Xatırladım ki, 2019-cu ildə Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim “Keşikçidağ” monastırına iddia edənlərin böyük əksəriyyəti svanlar idi.
Svanlar hər zaman azərbaycanlılarla mübahisəli mövqedə durmaqda davam edirlər.

-Amma, ümumilikdə gürcülərin azərbaycanlılara nifrəti qədimdən başlayıb və davam edir. Nifrətin kökü 1139-cu ilə qədər gedib çıxır.

- Yəqin ki, 1139-cu ildə güclü zəlzələ Gəncəni dağıtmasını və bu ağır zəlzələdən tamamilə çökmüş şəhərə hücum edən gürcüləri və gürcü çarı Demetreni nəzərdə tutursunuz? Vəziyyətdən istifadə edən çar Demetre, Gəncəyə hücum etdi. Zəlzələnin şahidi, Gəncə sakini, alban tarixçisi və hüquqşünası Mxitar Qoş yazırdı ki, Demetri azərbaycanlılarla rəhmsizliklə və kobud şəkildə rəftar edir, sağ qalanların üstünə hücum edir və onları ya qılıncdan keçirir və ya özlərinə qul edirdilər:"Onlar bu mühüm şəhərin birdən cəhənnəmə çevrilməsini, yığın-yığın qızıl və insan meyitləri qalağının bir-birinə qarışmasını görsələr də, şəhərə qarşı rəhmli olmaq haqqında düşünmədilər, qızıl və gümüş xəzinələrini qazıb apardılar, basqınlar və işgəncələri ilə camaata zəlzələnin özündən daha çox əzab verirdilər". 

Bəli, gürcülər şəhəri xarabaya çevirdi, çoxlu əsir götürdü və geri qayıtdılar. Zəfər əlaməti olaraq Gəncə qapısını söküb Gürcüstana apardılar.
Hazırda Gürcüstan məktəblilərini Kutaisi rayonundakı Helat monastırına aparanda onların "tarix müəllimləri" əsrlərdi orda saxlanılan Gəncə qapılarını şagirdlərə göstərib deyirlər: "Baxın, bu qapılar böyük gürcü xalqı tərəfindən tatarların Gəncə şəhərini almasından sonra zəfər rəmzi kimi gətirdiyi tarixi abidədir".


-Zaur müəllim,hər 3 xalq özünə Qafqazın ən qədim xalqı adlandırır. Həqiqət necədir?


-Hazırda Gürcüstan 1922-ci il oktyabrın 15-də onlara güzəşt edilən Azərbaycan torpaqları Qarayazı – 4.564,6 kv.km, Borçalı (bir hissəsi)- 5.161,4 kv.km, Sıqnax - 6. 832,6 kv.km və digərləri ilə birlikdə 16.558,6 kv.km ərazimiz üzərində dövlət qurub.Məşhur şərqşunas Rudolf Virxov və digər antropoloqlar Qafqazın qədim qəbiristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdiriblər ki, bu diyarın aborigen əhalisi, yəni ən qədim yerli sakinləri arasında nə gürcü, nə də özünü erməni adlandıran haylar olmayıb. Gürcü alimi Mixeil Cavaxişvili “Gürcü xalqının tarixi” adlı kitabında R.Virxovun fikrini təsdiq edərək yazır: "İndiki ermənilərin və gürcülərin əcdadları Qafqaza gələndə burada başqa bir xalqın sələfləri yaşayırdılar".


Ümumiyyətlə Qafqazda arxeoloji qazıntılar aparanlar, palentoloqlar, gen mühəndisləri və ciddi alimlər öz tədqiqatlarının nəticəsi olaraq yazırlar ki, son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistan, habelə indiki Şərqi Gürcüstan ərazisindən əldə edilən paleoantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi (Oğuz) tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini, transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür.


- Həqiqətən , düz təyin etmişəm, gürcülər mahiyyətcə bir ermənidirlər.


- Yəni  haylardan və gürcülərdən öncə bu coğrafiyada Oğuz və Qıpçaq genetik kodlarına malik şəxslər yaşayıblar. Arxeoloji qazıntılar zamanı indiki Ermənistan və Gürcüstan ərazisindən aşkar olunmuş qazıntı materialları, o cümlədən qədim insan qalıqları da bunu aydın sübut edir. Göstərilən qədim insan qalıqlarının morfoloji quruluşu ilə sonradan həmin ərazilərdə məskunlaşan ermənilərin və gürcülərin morfoloji quruluşu arasında heç bir oxşarlıq yoxdur.

Konkret olaraq ciddi və səhih mənbələr, qaynaqlar, əlyazmalar, arxeoloji qazıntılar, genetik tədqiqatlar təsdiq edir: İndiki Ermənistan və Gürcüstan ərazilərində Hind-Avropa dil ailəsinə daxil olan xalqların mövcudluğunu göstərmir. Ümumiyyətlə, tarixdə hər hansı bir xalqın etnik kimliyini, coğrafiyasını və dil tərkibini müəyyən etmək üçün əfsanələr üzərindən mülahizələr aparmaq doğru deyil. Real sənədlər və faktlar düz deyir, kimlərinsə mülahizələri deyil”

- Zaur müəllim geniş müsahibəyə görə , qəzetimiz adından və şəxsən öz adımdan sizə təşəkkür edirəm. Çox sağ olun.

Söhbətləşdi Əntiqə Rəşid