14 May 2025 11:06
191
GÜNDƏM

İlahi Ədalət:Qərbdən erməni genefonduna "dərman zərbəsi"

Hazırda erməni saytları və sosial şəbəkələrin erməni seqmentində erməniləri ürküdən, həyəcanlı xəbərlər paylaşılır.


Adalet.az xəbər verir ki, erməniləri həyəcanlandıran isə Gümrüdən olan müxalif siyasətçi Karapet Poqosyanın yaydığı məlumat olub. Onun məlumatına görə, Ermənistanda fəaliyyət göstərən ABŞ bioloji laboratoriyaları erməni xalqının sağlamlığı üçün ciddi təhlükə yaradır. Poğosyan qeyd edir ki, bu laboratoriyalar tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində ölkədə əvvəllər müşahidə edilməyən xəstəliklər yayılmağa başlayıb.

Poqosyan onu da iddia edib ki, ötən il Ermənistanda əvvəllər olmayan, adını belə bilmədiyimiz xəstəliklər üzə çıxıb. Deputat həyəcanla ilk dəfə müşahidə edilən Qərbi Nil qızdırması virusu və ağciyər zədələnmələri ilə müşayiət olunan naməlum xəstəliyindən gündə 5-6 nəfərin öldüyünü və ənənəvi dərmanların kömək etmədiyini bildirir.

İddialar ona görə belə rezonans yaradıb ki, mayın 2-də “London Times” qəzetində “Qərb əczaçılıq şirkətləri erməni qadınları, uşaqları və əlilləri üzərində hərbi dərəcəli zəhərli steroidləri sınaqdan keçirir” başlığı ilə Haqsızlıqla Mübarizə Fondu tərəfindən hazırlanmış məqalə dərc olundu. Məqalədə deyilir ki, Ermənistan Avropa qoşunlarının döyüş qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş zəhərli steroidlər və psixoaktiv dərmanlar üçün sınaq meydançası kimi istifadə olunur. Məlumatda o da qeyd edilib ki, hamilə qadınlar, uşaqlar, qocalar və əlillər üzərində aparılır.
"Hraparaq" nəşri bildirir ki, Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan, səhiyyə naziri Anait Avanesya məlumatı təkzib etsələrdə hələ ki, diqqətləri mövzudan yayıdıra bilməyiblər.

Xüsusi Qeyd : Bir neçə il əvvəl Azərbaycan Həkimlər Assosiasiyasının rəhbəri, Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin sabiq direktoru Qalib Əliyev “Armenikum” adlı dərmanın Ermənistanda əsirlikdə olan Azərbaycan vətəndaşları üzərində kliniki sınaqdan keçirildiyini demişdi. O, mediaya açıqlamasında bildirmişdi ki, 1998-ci ildə ermənilər “QİÇS-in çarəsi” kimi “Armenikum” adlı dərmanı ixtira etdiklərini bildirdilər.

Onun sözlərinə görə, Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsində çalışdığı dönəmdə, hələ 1997-ci ildən başlayaraq, erməni əsirliyində olan və geri qaytarılan vətəndaşlarımızın məcburi tibbi sınaqlara, cinsi zorakılıqlara və s. işgəncələrə məruz qalması kimi faktlar qeydə alınıb: “Ermənistan rəsmən elan etdi ki “Armenikum” Ermənistanın xüsusi xidmət orqanlarının rəhbərliyi altında kəşf olunub.

Bəs niyə Ermənistanın xüsusi xidmət orqanları bu işə cəlb olunub?

Digər tərəfdən, həmin vaxt Ermənistanda təxminən 20-25 nəfər İmmun çatışmazlıq Virusuna (HİV) yoluxmuş insan yaşayırdı. Kliniki sınaqların keçirilməsi üçün isə ən azı 100 nəfər lazımdır. Həm də bu insanlar sınaq prosesində könüllü iştirak etməlidirlər. Həmin virusa yoluxmuş, yaxud yoluxdurulmuş insanlar kimlər olub?” Qalib Əliyev xatırladıb ki, həmin vaxt milyonlarla QİÇS-ə yoluxmuş insanın saman çöpündən belə yapışmağa hazır olduqlarını bilə-bilə onları “Armenikum” klinikasına-Ermənistana müalicəyə dəvət ediblər: “Ermənistanın bütün rəsmi orqanları bəyan etdi ki, “Armenikum” adlı dərman bütün sınaqlardan o cümlədən də kliniki sınaqdan dəfələrlə keçirilib, yüksək səmərəyə malikdir. Mən bu erməni ixtirasının hansı insanlar üzərində kliniki sınaqdan keçirilməsi məsələsini 1998-ci ildə Paris şəhərində keçirilmiş beynəlxalq konfransda qaldırmışdım.

“Armenikum”un “kəşfi” digər alimlər tərəfindən vicdansızlıq, fırıldaqçılıq, yalançılıq adlandırıldı. Buna baxmayaraq, ermənilər dünyanın hər yerindən xəstə insanları müxtəlif həvəsləndirici fəndlərlə Ermənistana gəlmələrinə nail oldular”. Azərbaycan Həkimlər Assosiasiyası qeyd olunanlarla əlaqədar bütün beynəlxalq hüquq və humanitar təşkilatlardan tələb edir ki, “Armenikum” adlanan erməni avantürasının görünməyən və indiyədək bəşəriyyətə məlum olmayan aspektləri, xüsusi ilə də kliniki sınaqların Azərbaycan əsirlərinin üzərində aparılıb aparılmaması araşdırılsın, əsirliyin tibbi, sosial nəticələri qiymətləndirilsin və onlar əsirlikdən azad olunsun”.


P.S. Buna da İlahi Ədalət deyək!

 Əntiqə Rəşid