İndiyə qədər azad olunmuş ərazilərə ayrılan vəsait açıqlanıb

"İşğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir. Hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10.2 mindən çox keçmiş məcburi köçkün artıq evlərlə təmin edilmiş və orada yaşayırlar. Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatını təqdimatı zamanı Baş nazir Əli Əsədov deyib.
"Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir. Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 mlrd. manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat. 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub", - deyə Baş nazir qeyd edib.
Digər Xəbərlər

Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq

Supermarketiniz Bazarstore-da Novruz fürsətləri başladı

"Ola bilər kabinetlərdə oturaraq bəzi şeyləri görmürük" - Əli Əsədov

"Deputatlar tərəfindən söylənilən fikirlərin bəziləri ilə razı deyilik" - Baş nazir

Ötən il hasil edilən neft və qazın həcmi açıqlandı

"Qəzalı binalarla bağlı problemlərin həlli üçün vəsait nəzərdə tutulub"

"İllik inflyasiya hədəf diapazonu daxilində olub" - Baş nazir
