21 Mart 2025 09:08
238
DÜNYA

İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başladı

İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhəri ərazisində hərbi əməliyyatlara başladığını elan edib.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin komandanlığı bildirib.

"Son bir neçə saat ərzində İsrail silahlı qüvvələri Rəfah bölgəsində əməliyyatlara başlayıb. Bundan əlavə, Qəzzanın şimalında və mərkəzində əməliyyatlar davam etdirilir", - deyə İsrail ordusunun teleqram kanalında dərc edilən məlumatında deyilir.

Məlumatda vurğulanır ki, İsrail ordusu və kəşfiyyat xidmətləri ölkə vətəndaşlarını qorumaq üçün Qəzza zolağında fəaliyyətini davam etdirəcək.