21 Mart 2025 09:44
485
DÜNYA

Ermənilərin Ordumuzu atəşə tutmasına Rusiyadan reaksiya

Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı xəbərlərdən narahatdır.

Adalet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə deyib.

“Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin başa çatması ilə bağlı xəbərlər fonunda, təəssüf ki, son günlər sərhəddə gərginlik barədə xəbərlər tez-tez yayılır. Bu, bizi narahat etməyə bilməz. Rusiya tərəfi öz tərəfdaşlarını təmkinli olmağa və vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır”, - o bildirib.

Qeyd edək ki, 13 martda Azərbaycan və Ermənistan sülh sazişi mətnini razılaşdırdıqlarını elan ediblər. 16 martdan isə Ermənistan ordusunun birləşmələri Ordumuzun mövqelərini sistemli olaraq atəşə tutmağa başlayıb.