Polis bayram günü əməliyyat keçirib - 10 nəfər saxlanıldı

Polis əməkdaşlarının martın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, həmin şəxslər istintaqa təhvil verilib.