Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTOLAR

Mayın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva İçərişəhərdəki Qoşa Qala meydanında keçirilən Beynəlxalq Xalça Festivalını ziyarət ediblər.
Adalet.az xəbər verir ki, onlar festivalda nümayiş olunan xalça nümunələri, ənənəvi sənətkarlıq məmulatları, eləcə də müxtəlif ölkələrin milli tətbiqi-dekorativ sənət nümunələrinin sərgiləndiyi pavilyonlarla tanış olublar.
Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin xalçaların hazırlanma prosesinə baxış keçiriblər. Məlumat verilib ki, bu proses yunların çeşidlənməsi, təmizlənməsi, təbii boyalarla rənglənməsi, sapların hazırlanması, naxışların yaradılması və toxunmasından ibarətdir.
Daha sonra onlar festivalda iştirak edən yerli və xarici qonaqlarla səmimi söhbətlər aparıb, xatirə şəkilləri çəkdiriblər.
Digər Xəbərlər

Leyla Əliyeva Maqsud İbrahimbəyovun yaradıcılıq gecəsində - FOTOLAR

Bakıda Vətən müharibəsinə həsr olunan filmin epizodları çəkiləcək

Alban-Udi Xristian icmasının din xadimləri TİKA-nın dəstəyi ilə Türkiyədə təlimdə iştirak edib – FOTOLAR

Fəxrəddin Manafov və İlham Qasımov Şuraya üzv təyin olundular

Yoxsulluq içində ölən rəssam: Əsərləri milyonlarla dollara satılır

Leyla Əliyeva “Yalnız mədəniyyət” musiqili-bədii gecədə iştirak edib - FOTOLAR

Kino Agentliyinə müşavir təyin edildi
