Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib - FOTOLAR

Aprelin 12-də Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində “Parçalanan dünyada gələcəyin qurulması: Təhsilin transformasiya gücü” adlı panel iclas təşkil olunub.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirdən əvvəl Afrika Mədəniyyət Evinin stendi ilə tanışlıq olub. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə 2016-cı ildə qurulan Afrika Mədəniyyət Evinin fəaliyyətinin məqsədi afrikalı qadınların əl əməyini təbliğ etmək, onların fəaliyyətini iqtisadi dəyərə çevirmək və mədəni həmrəyliyi gücləndirməkdir.
Türkiyə Maarif Vəqfinin dəstəyi ilə keçirilən tədbir bu qurumun fəaliyyətindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
İclasda qurumun dünyada həyata keçirdiyi işlərdən bəhs edildi. Bildirildi ki, dünyanın 55 ölkəsində fəaliyyət göstərən Vəqfin məktəblərində 70 minə yaxın şagird təhsil alır.
Panel iclasda hazırkı dövrdə təhsilin inkişafının vacibliyindən geniş danışıldı.
Türkiyənin birinci xanımı Əminə Ərdoğan çıxış edərək müharibələrin çoxaldığı bir dövrdə təhsilin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkdi. Bildirdi ki, təhsil bu gün sosial iştirak və davamlı inkişaf üçün hər zaman olduğundan daha çox vacibdir.
Sonra Türkiyə Maarif Vəqfinin Kot-d'İvuar Respublikasındakı məktəbinin şagirdləri müxtəlif dillərdə mahnılar oxudular.
Digər Xəbərlər

Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib - FOTO

Orxan Əsgərovun atası Pezeşkianla görüşəcək? - AÇIQLADI

Ermənistandan sərhəd demarkasiyası ilə bağlı AÇIQLAMA

Ərdoğan Prezidentin nəvələri ilə

Prezident və ailə üzvlərinin Antalya səfərindən FOTOLAR

İlham Əliyev və ailə üzvləri Antalyada forumun açılışına qatıldı - FOTOLAR

Zərərçəkmiş Xankəndi sakini: Bizə çörək satılmırdı
