Orxan Əsgərovun atası Pezeşkianla görüşəcək? - AÇIQLADI

Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 2 il ötür. 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.
Lakin hələ də edam hökmünün icrası baş tutmayıb.
İran Prezidenti Məsud Pezeşkianın aprel ayında Azərbaycana səfəri gözlənilir. Bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda bildirib.
Adalet.az xəbər verir ki, Modern.az-a açıqlamasında Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib ki, oğlunun qatilinin edamı məsələsi İran Prezidentinin səfəri zamanı müzakirə oluna bilər.
R.Əsgərov İrandakı səfirimizlə əlaqə saxladığını deyib:
"Səfir dedi ki, hələ dəqiq bir məlumat yoxdur. Mənə dedilər ki, araşdırıb məlumat verəcəklər. Çox güman ki, gözləyirlər. Prezidentimiz görüşlər zamanı bütün bu məsələləri qabardır. İstənilən İran nümayəndəsi gələndə həmən dəqiqə bu məsləni ortaya qoyur ki, edamı tezləşdirmək lazımdır. İran prezidenti ilə görüşüm yəqin ki, olmayacaq. Mənə bu barədə məlumat verilməyib. O vaxt mənim baş prokurorla görüşüm olub. Başqa İran rəsmiləri ilə görüşüm olmayıb".
Digər Xəbərlər

Mehriban Əliyeva Antalya Diplomatiya Forumunun panel iclasında iştirak edib - FOTOLAR

Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib - FOTO

Ermənistandan sərhəd demarkasiyası ilə bağlı AÇIQLAMA

Ərdoğan Prezidentin nəvələri ilə

Prezident və ailə üzvlərinin Antalya səfərindən FOTOLAR

İlham Əliyev və ailə üzvləri Antalyada forumun açılışına qatıldı - FOTOLAR

Zərərçəkmiş Xankəndi sakini: Bizə çörək satılmırdı
