MN-nin sabiq vəzifəli şəxsinə HÖKM OXUNDU

Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Adalet.az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 2 il müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.
Ötən ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.
E.Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.
Digər Xəbərlər

Bakıda erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir

Qurban Məmmədov Baş Prokurorluğa çağırıldı

Tural Sadıqlı da Baş Prokurorluğa çağırıldı

Məhəmməd Mirzəli və Elşad Məmmədov da Baş Prokurorluğa çağırıldı - VİDEO

Qabil Məmmədov Prokurorluğa çağırıldı: 24 maddə ilə günahlandırılır - VİDEO

QHT sədrləri həbs edildi

"Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - Məhkəmə
