Morata yenidən İspaniyaya qayıda bilər

Türkiyənin "Qalatasaray" klubunda icarə əsasında çıxış edən "Milan"ın (İtaliya) ispaniyalı hücumçusu Alvaro Morata vətəninə qayıda bilər.
Adalet.az xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində "Xetafe" klubu maraqlıdır.
Bu il Türkiyə klubuna transfer olunan futbolçunun İspaniyaya qayıtmaq istədiyi bildirilir.
Qeyd edək ki, A.Morata "Qalatasaray"ın heyətində meydana çıxdığı 8 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Onun "Milan"la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı futbolçunu 13 milyon avro dəyərində qiymətləndirir.
Digər Xəbərlər

"Atletiko Madrid" Qrizmannla yeni müqavilə İMZALAYACAQ

UEFA Çempionlar Liqası: "Real" mübarizəni dayandırdı, "Arsenal" və "İnter" yarımfinalda

29 yaşlı futbolçu faciəli şəkildə öldü

Çempionlar Liqası: "Real" "Arsenal"la, "Bavariya" "İnter"lə cavab matçına çıxır

Çempionlar Liqası: "Barselona" və PSJ yarımfinala yüksəldi - VİDEO

"Mançester Yunayted" onlarla yollarını ayıracaq

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı
