15 Noyabr 2024 11:27
1554
ŞOU-BİZNES

Müğənni: “Pulu xərcləməyin qaydasını bilirəm”

Sənətindən çox həyat yoldaşı haqda açıqlamalarıyla gündəm olan Ofeliya Şabanova bu dəfə də sükutu pozdu.

Adalet.az xəbər verir ki, müğənni ailə büdcəsindən danışıb:
“Sizə səmimi deyəcəm, bizim evin qazancı məndə olur. Yoldaşım qazanır, gətirir. Mən də evi idarə edirəm.Çünki mən pulu xərcləməyin qaydasını yaxşı bilirəm.  Düşünürəm ki, normal ailələrdə belədir. Evi qadın idarə edər. Təbii ki, bu şəxsi fikrimdir”.

Əntiqə