Mülki aviasiya işçilərinin sığorta stajlarının hesablanması ilə bağlı YENİLİK

Azərbaycanda mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin sığorta stajlarının hesablanması qaydasını Nazirlər Kabineti (NK) müəyyən edəcək.
Adalet.az xəbər verir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklif edilir.
Sənəd Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən, həmin sahədə işləyən şəxslərin pensiya hüququnun təmin olunması üçün bəzi əsaslar NK-nın müxtəlif qərarları ilə müəyyən edilir.
Qanuna təklif edilən dəyişikliklə bu hüquqi əsasların vahid qanunvericilik sisteminə uyğunlaşdırılması və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydasının da NK-ya həvalə edilməsi nəzərdə tululur.
Bildirilib ki, dəyişikliklər pensiya təminatı sistemində dövlət öhdəliklərinin müəyyən olunması ilə xüsusi sosial müdafiə və güzəştli pensiya hüquqlarına malik olan şəxslərin sosial rifahının gücləndirilməsinə, eləcə də qanunvericilik aktlarının unifikasiyasına yönələrək dayanıqlı pensiya təminatı sisteminin formalaşmasına xidmət edəcək.
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Digər Xəbərlər

Yol polisi küləkli hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib

Hərbçilərimiz Moskvada 9 May paradında iştirak edəcəklər

Melikset Paşayan Qarabağda qanunsuz hərbi xidmət keçdiyini etiraf etdi

Prezident və xanımı Türkiyəyə getdi

İcmanın müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənildi

Keçmiş məcburi köçkünlər maarifləndirildi - FOTOLAR
