05 Mart 2025 11:54
465
HADİSƏ

Neft Emalı Zavodundakı yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb.

Adalet.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

***

Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.

Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.

***

10:31

Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
 
 DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

***

10:05

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Adalet.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.