06 Mart 2025 19:09
94
HADİSƏ

Özünü avtomobilin altına atanlar

Bəzən ya sürücünün, ya da piyadanın məsuliyyətsizliyi üzündən  yolu keçən adamın avtomobillə vurulması hadisəsi baş verir.

unları başa düşmək olur. Amma onu başa düşmək olmur ki, kimlərəsə, məqsədli şəkildə pul qazanmaq üçün özlərini avtomobilin təkərləri altına atırlar. Yəni sürücünü şərləyib ondan pul qoparmaq istəyirlər. Və bəzən də onların bu hiyləsi baş tutur. Başqa sözlə demiş olsaq, baş ağrısı olmamaq üçün bir çox halda sürücülər onları maşından düşüb, təkərin altından çıxarır və " yaxşı qurtardım" - deyib  istədikləri pulu verir.

Artıq bu cür adamlar sürücülərə şər atmağı özlərinə peşə seçir və bu çirkin yolu davam etdirirlər. Bu yaxınlarda televiziya kanallarının birində belə bir görüntü göstərildi. Belə ki, bir maşın çox aşağı sürətli hərəkət edir və yolun kənarında duran bir piyada isə qaçıb çox ehmalca təkərin altında uzanır. Heç avtomobil ona toxunmur da. Ətrafdakılardan isə kimsə, onu havadarlıq edir, daha doğrusu ona qahmar çıxır.

Sanki hər şey bir ssenari kimi qəbul əvvəlcədən qurulub və məlum olur ki, bu peşəkar adam şərləyib pul almaq istəyən piyadanın növbəti oyunudur.Artıq bu məsələlərlə bağlı hüquq-mühafizə orqanları da məlumatlıdır.Belə hallar təhqiqat və istintaq zamanı təsdiqini taparsa, onların özləri haqqında cinayət işi açılır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, Toğrul Nəsirli deyir ki,  avtomobil yollarında belə faktlar baş verəndə heç şübhəsiz həmin hadisə  tam araşdırılır. Yəni günahın piyada da, yaxud da, sürücüdə  olması konkret faktlar və dəlillər vasitəsilə  aydınlaşdırlır və  bundan sonra hadisəyə hüquqi qiymət verilir.Bir sözlə, əgər sübut edilsə ki, piyada sürücünü şərləyir, bax onda həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir.Təbii ki, T. Nəsirlinin  dediklərini nəqliyyat ekspertlər də təsdiq edir!

Emil Faiqoğlu