03 May 2025 21:44
190
DÜNYA

Netanyahunun Bakıya səfəri təxirə SALINDI

Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Baş nazir Benyamin Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib.

Adalet.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirib.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahunun Bakıya səfəri mayın 8-də planlaşdırılırdı.