04 May 2025 10:00
333
DÜNYA

Pakistan uzaqmənzilli raketi sınaqdan keçirib

Pakistan Hindistanla artan gərginlik fonunda uzaqmənzilli raketi sınaqdan keçirib.

Adalet.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb.

"Abdali” yer-yer raketinin buraxılışı qoşunların əməliyyat hazırlığının təmin edilməsi və əsas texniki parametrlərin sınaqdan keçirilməsi məqsədi daşıyıb. Təlim silahın naviqasiya sisteminin və manevr xüsusiyyətlərinin sınaqdan keçirilməsi çərçivəsində keçirilib", - məlumatda deyilir.