03 May 2025 17:34
1026
DÜNYA

"Yaxın gələcəkdə gözlədiyimiz F-16-lar var" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski döyüş aviasiyası ilə bağlı iclas keçirib. Xüsusilə, əlavə F-16 qırıcılarının gələcək tədarükləri müzakirə edilib.

Adalet.az xəbər verir ki, bu barədə Zelenski "Telegram"da yazıb.

Prezidentin sözlərinə görə, görüş zamanı əsas məsələ Ukraynanın hərbi aviasiya donanmasının inkişafı olub. "Bütün əsas məsələlər - F-16-lar, artıq Ukraynadadır. Yaxın gələcəkdə gözlədiyimiz F-16-lar var. Hərbi aviasiyamızı daha effektiv hazırlamağa və istifadə etməyə kömək edəcək sistemli həllər var", - deyə dövlət başçısı əlavə edib.

Zelenski Ukraynanın səmada fəaliyyətini gücləndirən hər kəsə təşəkkür edib.

Xatırladaq ki, Ukrayna öz tərəfdaşlarından ilk F-16 qırıcılarını yalnız ötən ilin yayında almağa başlayıb. Bu təyyarələrdən neçəsinin artıq Ukraynaya çatdırıldığı barədə məlumat açıqlanmayıb.