Ölkəyə narkotik vasitə keçirən PUA zərərsizləşdirildi - DSX

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə Adalet.az-a Dövlət Sərhəd Xidmətdən məlumat verilib.
Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilmiş, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Digər Xəbərlər

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib: Meyitləri çıxaranda yaralandım - YENİLƏNİB

Bakıda 2 obyektdən 42 min manatlıq oğurluq edildi

Narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edildi
