Narkotiklərin satışı ilə məşğul olan şəxs həbs edildi

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Cinayətdə şübhəli bilinən 19 nəfər saxlanıldı

Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verib: Meyitləri çıxaranda yaralandım - YENİLƏNİB

Bakıda 2 obyektdən 42 min manatlıq oğurluq edildi
