Orban Avropa İttifaqına 12 tələb irəli sürüb

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına (Aİ) 12 tələb irəli sürüb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, V.Orban “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, sadalanan bəndlərin yerinə yetirilməsini macar xalqı tələb edir.
Onun sözlərinə görə, Macarıstan Aİ liderlərinin birliyin ayrı-ayrı ölkələrinin səlahiyyətlərini məhdudlaşdırmaq və onları xüsusilə konsensusla qəbul edilməli olan ən vacib siyasi qərarlara veto qoymaq hüququndan məhrum etmək cəhdlərinə etiraz edir.
V.Orban həmçinin Aİ və bütün dünyada sol liberal ideyaları təşviq etmək üçün yaradılmış Corc Soros fondları tərəfindən suveren dövlətlərin işlərinə müdaxilənin yolverilməzliyinə diqqət çəkib. Bundan başqa, Macarıstan Aİ-dən Avropanın xristian irsini qorumağı tələb edir ki, bu da Asiya və Afrikanın müsəlman ölkələrindən qanunsuz miqrasiyaya qarşı mübarizə deməkdir.
Onun daha bir tələbi Avropada sülhə nail olmaq və Ukraynanı Avropa İttifaqına qəbul etməməkdir.
Digər Xəbərlər

Pakistanda terror törədildi - Xeyli sayda hərbçi öldü

Pezeşkiandan Azərbaycan və Ermənistan arasında sülhlə bağlı AÇIQLAMA

Ərdoğan Trampla danışdı

Ukraynadakı münaqişə ilə bağlı ABŞ-dən mühüm açıqlama

Türkiyə XİN: Krımın ilhaqı beynəlxalq hüququn pozulmasıdır

Numan Kurtulmuş: Türkiyə ən qısa zamanda terrordan xilas olacaq

Tramp orduya əmr etdi: Onlarla hədəfə zərbələr endirildi
