18 Yanvar 2025 19:50
130
İDMAN

Peres “Real” prezidentliyinə yeganə namizəddir

Florentino Peres İspaniyanın “Real Madrid” klubunun prezidentliyinə yeganə namizəddir.

Adalet.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. 

Bildirilib ki, bir neçə gün öncə seçki komissiyası “kral klubu”nun hazırkı prezidentinin namizədliyini təsdiqləyib.

Paxytaxt təmsilçisinin prezidenti vəzifəsinə namizədlər yanvarın 19-dək müvafiq sənədlərini seçki komissiyasına təqdim etməlidirlər.

Günün sonuna qədər başqa şəxsin namizədliyi qeydə alınmayacağı təqdirdə Florentino Peres qalib gələcək. Bununla da o, rəsmən 2029-cu ilə qədər “Real”ın prezidenti elan olunacaq.

Qeyd edək ki, F.Peres 2009-cu ildən Madrid klubuna rəhbərlik edir