Çörək adama qənim olar...

Deyirlər, çörək " Quran" dan irəlidir! Amma bu fikirlə də razılaşmaq olmaz.
An azından ona görə ki, çörək də , müqəddəsdir, " Quran" da. Deməli, hər ikisi bizim üçün doğmadır və biri o birindən üstün deyil. İndi keçək əsas məsələyə. Yəni çörəyə münasibətə! Çörək yerə düşəndə onu öpüb, gözümüzün üstünə qoymuşuq. İkinci Dünya müharibəsində bir parça çörəyə görə, milyonlarla insan açından ölüb.
Amma bu çoxlarına dərs olmayıb. Çünki bu gün tonlarla çörək zibil qutularının yanına atılır, ya da " selefon" torbalara yığılıb hara gəldi atılır! Əksər insanlar bu gün çörəkdən qənaətlə istifadə etmirlər.
Gedin, zibil qutularının yanına baxın görün nə qədər çörək atılıb. Vallah, belə adamlara çörək gec- tez qənim olacaq! Qardaşlar, Allahdan qorxun və çörəyə belə pis münasibət bəsləməyin! Axı, onun bir tikəsi üçün bu gün müharibə gedən ölkələrdə açından ölən insanlar var! Ona görə də , gəlin, çörəyi öpək və gözümüz üstündə saxlayaq!
Emil Faiqoğlu
Digər Xəbərlər

Qiyamət tarixi açıqlandı: Türkiyə səhraya çevriləcək

Mollalar cəhaləti təbliğ eləyir...

Dünyanın 24 super-milyarderi:1-ci yerdə Maskdır

Dünyada super milyarder olan insanların sayı açıqlandı

Çin şirkətindən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Terrorçu daşnak, qatil "Tayqulaq" Andranikin "doğum günü"nə...

Göygöl DONDU - Turizm marşrutları məhdudlaşdırıldı - VİDEO
