Qiyamət tarixi açıqlandı: Türkiyə səhraya çevriləcək

Qlobal iqlim dəyişikliyi səbəbindən temperatur artımından ən çox təsirlənən ölkələrdən biri olan Türkiyənin 2100-cü ildə səhraya çevriləcəyi iddia edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Türkiyə mediasında hesabat dərc olunub.
Hesabata görə, Türkiyədə hər 10 ildən bir orta hesabla 0,4 dərəcə temperatur artımı qeydə alınır. Ölkədə temperatur tarazlığının pozulması ekstremal hava hadisələrinin də ciddi şəkildə artmasına səbəb olur. İqlim araşdırmaları aparan Ekosfer Dərnəyinin dərc etdiyi hesabatda Türkiyəni gözləyən iqlim fəlakəti bir daha qabardılıb.
Hesabatda heç bir tədbir görülmədiyi təqdirdə istilərə bağlı xəstəliklərin və ölümlərin də artacağı vurğulanıb:
"Türkiyə Aralıq dənizi hövzəsində yerləşməsi və cənubundakı səhra qurşağının istiləşməsi səbəbindən isti dalğalar riski ilə üz-üzədir. Qlobal temperatur artımı ssenarilərinə görə, Türkiyədə 2100-cü ildə orta temperatur artımının qərbdə 4,5, şərqdə isə 6 dərəcəni keçəcəyi ehtimal edilir". (Publika.az)
Digər Xəbərlər

Mollalar cəhaləti təbliğ eləyir...

Dünyanın 24 super-milyarderi:1-ci yerdə Maskdır

Dünyada super milyarder olan insanların sayı açıqlandı

Çin şirkətindən qəribə addım - Evlənməyən işdən çıxarılacaq!

Terrorçu daşnak, qatil "Tayqulaq" Andranikin "doğum günü"nə...

Göygöl DONDU - Turizm marşrutları məhdudlaşdırıldı - VİDEO

“Azərsun Holdinq” Dubayda Gulfood-2025 sərgisində iştirak edir - FOTOLAR
