Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.
Adalet.az-ın xəbərinə görə, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident
Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!".
Digər Xəbərlər

Məsud Pezeşkian: Biz həmişə Azərbaycanın hüquqlarını müdafiə etmişik

İran Prezidenti: Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət nəzərdə tutmuruq

Pezeşkian: Azərbaycanda qəribliyimin olmaması İlham Əliyevlə görüşümdə də əksini tapacaq

Məsud Pezeşkian: İran və Azərbaycan qonşu olaraq bir birinə çox kömək edə bilər

Azərbaycan XİN İrana başsağlığı verib

Ceyhun Bayramov Pakistan XİN rəhbəri ilə telefonla DANIŞDI

İlham Əliyevin müsahibəsi zamanı Azərbaycan çayı barədə maraqlı dialoq
