Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Adalet.az xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.
“İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib.
Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.
Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş partlayışda 20-yə yaxın insan ölüb.
Digər Xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verib

Ceyhun Bayramov Pakistan XİN rəhbəri ilə telefonla DANIŞDI

İlham Əliyevin müsahibəsi zamanı Azərbaycan çayı barədə maraqlı dialoq

"Daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var" - Dövlət başçısı

"Biz “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyirik" - Prezident

Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib

Ceyhun Bayramovla Feridun Sinirlioğlu arasında geniştərkibli görüş olub - YENİLƏNİB
