Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər

Burada yaşamaq üçün bütün şərait var. Evlər çox gözəl, geniş, işıqlı evlərdir. Təbiət də təbii olaraq bu bölgəyə əlavə dəyər verir. Gözəl su anbarının yanında yaşamaq, əlbəttə ki, adamın zövqünü oxşayır. Ona görə burada yaxşı, rahat yaşamaq, işləmək üçün bütün imkanlar var və şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər.
Adalet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.
Suqovuşanın İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edildiyini xatırladan dövlətimizin başçısı deyib: “Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi”.
Digər Xəbərlər

Süni intellekt Strategiyasının hədəfləri açıqlandı

Bakı metrosunda faciələr: Erməni terroru, "Sadval" separatizmi…

DYP-dən hərəkət iştirakçılarına ÇAĞIRIŞ

FHN gücləndirilmiş iş rejimində çalışacaq

Sabahdan 12 günlük tətil başlayır

Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı...

"Çarpayıda sümükləri qalmışdı, o mənim nənəm idi" - Prezidentlə dialoq
