adalet.az header logo
  • Bakı -°C
18 Dekabr 2025 12:03
67
DÜNYA
A- A+

Putin yenə təhdid edir

Rusiya Federasiyasının prezidenti Vladimir Putin, müdafiə nazirliyinin geniş kollegiyasında Ukrayna ilə bağlı sərt  çıxış edib.

 Rusiya prezidenti çıxışında faktiki olaraq bəyan edib ki, Ukrayna onların şərtləriylə razılığa gəlməsə, onda Rusiya məsələni hərbi yolla  həll edəcək. Putinin sərt bəyənatı Qərbdə geniş müzakirəyə səbəb olub.

 Dally Exspress yazır ki, "Putininin pisniyyətli xəbərdarlığından belə çıxır ki, Ukrayna danışıülara başlamaq üçün Kremlin  tələb etdiyi  şərtləriylə razılaşmasa, Moskva məsələni hərbi yolla həll edəcək".

 Həmişə olduğu kimi, sağını- solunu hərbi gücüylə hədələyən Rusiya prezidenti, bu dəfə də "adətinə sadiq qalaraq" sonda bildirib ki, "Rusiya həmişə münaqişələrin diplomatik yolla həllinə çalışıb". 

 Rüstəm Hacıyev