adalet.az header logo
  • Bakı -°C
18 Dekabr 2025 09:50
124
DÜNYA
A- A+

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırdı

“BMT Baş katib Antonio Quterreşin diqqəti ABŞ-la Venesuela arasında vəziyyətin hər hansı bir şəkildə gərginləşməsinin qarşısını almağa yönəlib”.

Adalet.az xəbər verir ki, bu sözləri BMT-nin sözçüsünün müavini Fərhan Haq açıqlayıb.

O bildirib ki, tərəflər BMT Xartiyasına əməl etməlidirlər.

“Biz hər hansı bir gərginləşdirici addımın qarşısını almaq istəyirik. Bu mərhələdə diplomatik əlaqələri davam etdirmək, dialoq və dinc yolla irəliləmək vacibdir”,- deyə Haq əlavə edi.

O, bildirib ki, Quterreş vəziyyəti çox yaxından izləyir və müvafiq tərəflərlə əlaqə saxlayır.