Qarabağ Universiteti üçün yeni tədris korpusları tikiləcək

Qarabağ Universitetinin Biznes və İqtisadiyyat korpusları inşa olunacaq.
Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Əsaslı Tikinti və Təchizat İdarəsi korpusların tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını "İdeal Project" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, universitetin korpuslarının layihələndirilməsi üçün şirkətə 698 914 manat ödənilib.
Digər Xəbərlər

Müəllimlərin sertifikasiya imtahanlarının qrafiki bəlli oldu

308 nömrəli məktəbdə pul tələb olunmasına dair iddialara aydınlıq gətirilib

Bu qruplar üzrə qəbul imtahanları keçiriləcək
