Reyestrə daxil edilməyən dərmanların reseptə yazılmasına görə cərimə tətbiq olunacaq

Dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər cərimələnəcək.
Adalet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni -221.12-ci maddəsində əksini tapıb.
“Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək.
Yeni -221.13-cü maddədə isə dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi tərəfindən aptek təşkilatının Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə olunacaq.
Digər Xəbərlər

Mehriban Əliyeva Perinatal Mərkəzdə oldu - FOTOLAR

Döymə dəri xərçənginə səbəb ola bilər
jpg-1741080993.jpg)
Möyle bəy, QRAND adını dəyişib EGE edən hospitalı tanımırdınız?

Qastroenteroloq: Oruc tutmaq orqanizm üçün çox faydalıdır

Qaraciyər xəstəliyinin dörd gizli əlaməti

"Enerji içkilərindən istifadə edənlərin uşaqları olmur" - Deputat

Ramazanda yanlış qidalanma sağlamlıq problemlərinə səbəb ola bilər
