Rusiyanın bu ərazilərində zəlzələlər gözlənilir

Kalininqrad vilayətində, Krımda, Şimali Qafqazda və Krasnodar diyarında zəlzələlər ola bilər.
Adalet.az xəbər verir ki, bu barədə rusiyalı fizika-riyaziyyat elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Yerin Fizika İnstitutunun Seysmik Təhlükə Laboratoriyasının rəhbəri Aleksey Zavyalov deyib.
O, Kalininqrad vilayətində zəlzələnin nisbətən yaxınlarda, 2000-ci illərin birinci yarısında baş verdiyini vurğulayıb. O zaman körpülər, dəmir yolları dağıdılıb.
Zavyalov əlavə edib ki, Moskvanın yerləşdiyi yer qabığı zəlzələ yaratmır və bu səbəbdən orada zəlzələlər gözlənilmir.
Digər Xəbərlər

ABŞ Polşada hərbi texnikasının bir hissəsini saxlayacaq

Ukrayna XİN başçısı: Kiyev Vaşinqtonla nadir torpaq metalları üzrə razılaşmanı hazırlayıb

Netanyahu: İsrail ABŞ ilə ticarət kəsirini sıfıra endirməyə hazırdır
