Sahibə Qafarovanın sədrlik müddəti uzadıldı

Milli Məclisin sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə sədrliyinin növbəti 3 illik dövr üçün yenilənməsi ilə bağlı qərar qəbul olunub.
Adalet.az xəbər verir ki, bununla bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında müzakirə aparılıb.
Qeyd edilib ki, həmçinin sədr müavinlərinin də səlahiyyət müddəti növbəti dövr üçün artırılacaq.
Konfransda bununla bərabər, Şəbəkəyə üzv parlamentlərin yekdil mövqeyini ifadə edən və bir sıra mühüm müddəaların əks olunduğu Daşkənd Bəyannaməsi qəbul olunub. Bəyannamədə digər məsələlərlə yanaşı, Parlament Şəbəkəsinin institusional çərçivəsinin daha da inkişaf etdirilməsi, o cümlədən, büro və daimi komitələrin fəaliyyətinin təmin olunması, Şəbəkənin mənzil qərargahının yaradılması istiqamətində müzakirələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sənəddə, həmçinin Bakı İqlim Birliyi Paktı və COP29-un mühüm nəticələri, Qoşulmama Hərəkatına üzv dövlətlərdə öz yaşayış yerlərini zor gücü ilə dəyişməyə məcbur qalmış şəxslərin, o cümlədən, Qərbi azərbaycanlıların öz evlərinə sülh yolu ilə təhlükəsiz şəraitdə və ləyaqətlə geri qayıdışı hüququna dəstək ifadə edilib.
Digər Xəbərlər

İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

Milli Məclisin iclasının vaxtı və gündəliyi açıqlanıb

Sahibə Qafarova ilə Ahmed Aljarvan arasında Memorandum imzalandı

İsrail Azərbaycanı təbrik etdi

Şavkat Mirziyoyev Sahibə Qafarova ilə görüşüb

Deputatlar QDİƏT PM-in tədbirində iştirak edəcəklər

Enerji təhlükəsizliyində uğurlu layihə
