Şəbnəm Tovuzlu: “Məni canlı oxuya bilməyənlərlə müqayisə etməyin”
Müğənni Şəbnəm Tovuzlu bir çox televiziya əməkdaşlarına səslənib.
Adalet.az xəbər verir ki, o efirlərdə olmayanda adını digər ifaçılarla yanaşı çəkməsinlər:
“Mən özümü kifayət qədər sənətdə sözünü demiş müğənni hesab edirəm. Kimlərlə səhnə almışam bunu hər kəs bilir. Canlı 2 mahnını ard-arda oxuya bilməyənlərlə məni müqayisə etməyin. Məni sənəti olan, canlı oxuya bilən müğənnilərlə müqayisə edin. Çünki sənətim var, səsim ar. Burda əsla və əsla heç kəsin şəxsiyyətinə söz demirəm. Söhbət sənətdən gedir. Sənət istedad tələb edir, qışqırmaq yox. Səhnədə canlı oxumaq gərəkdir”.
Əntiqə