05 Mart 2025 17:32
260
DÜNYA

Səfir: "Zelenski Trampa məktub göndərməyib"

Xəbər vermişdik ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Konqresinin hər iki palatasında çıxışı zamanı deyib ki, Ukrayna lideri Vladimir Zelenskidən məktub alıb.

Tramp onu da vurğulayıb ki, Zelenski məktubda rəsmi Kiyevin Ukraynadakı vəziyyəti nizamlamaq üçün danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib:“Bu gün Zelenskidən vacib məktub aldım, Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.

Adalet.az xəbər verir ki, Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova məsələ ilə bağlı şərh verib. Səfir bildirib ki, ABŞ prezidenti Donald Tramp Konqresə müraciətində Ukrayna prezidenti Vladimir Zelenskidən aldığı “məktub” haqqında danışarkən X sosial şəbəkəsindəki mesajına istinad edir  Zelenski sosial şəbəkədə bunları yazıb:“Onsuz da çətin vəziyyətdəyik, biz buna baxmayaraq irəliləyirik, əlaqələri bərpa edirik və prioritetlərimizi irəlilədirik”. Prezident Donald Tramp xalqa müraciətində prezidentimiz Vladimir Zelenskinin notasını oxuyub və deyib: "Onun bu məktubu yazmasını yüksək qiymətləndirirəm".

 Əntiqə Rəşid