Şəlalə Camal: Sevilməyi özümə çox görmüşəm...

Mənim yolum məhəbbətdən keçməyib,
Darıxmışam, usanmışam, küsmüşəm...
Üzdü həyat məni, itdi ümidim
Sevilməyi özümə çox görmüşəm.
Saçlarımı külək yoldu apardı,
Fırtınalar eşq dünyamı qopardı.
Harda olsam nalə məni tapardı...
De, sevdanı mən harda itirmişəm?
Ömrümün ən şirin çağı silindi,
Bir ovuc xatirə əllərimdədi.
Sığınıb bir küncə ağlasam - söylə
Mənim bu ürəyim ancaq sənindi.