Sərnişin qatarlarında sürət həddi endirildi

Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi endirilib.
Bu barədə Adalet.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Məlumata görə, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
ADY hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edir.
Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir.
Digər Xəbərlər

Pasportda "artsax" əvəzinə "Azərbaycan" adına qəzəblənən ermənilər

Bir direktor müəllimlərə "qaraçı - dilənçi" deyir, o birisi "hinduşqabaş"...

İşxan Verdiyan Əliyevdən imdad dilədi:"Siyasi sığınacaq istəyirəm"

Məhəmməd Əmin Rəsulzadənin anım GÜNÜDÜR

Brüsseldə beynəlxalq konfrans keçiriləcək

Kahramanmaraşda "Azərbaycan Məhəlləsi"ndə 1 323 mənzilin inşası bitib

Hikmət Hacıyev Ankaradan paylaşım etdi - FOTO
jpg-1741179397.jpg)