Şəbnəm Tovuzlu Fikrət Əmirovu tanımır...
Özəl televiziya kanalları bu gün ən çox sənətkarları deyil, toy müğənnilərini təbliğ edir. Onlar pula görə, Azərbaycan mədəniyyətini məhv etməyə belə hazırdılar.
Bir neçə gün bundan əvvəl Xəzər TV- də efirə gedən " Həmin Zaur" verilşində Şəbnəm Tovuzlu şəkilləri göstərilən Fikrət Əmirovu, Musa Yaqubu, Dədə Süleymanı, Sabir Mirzəyevi tanımadı. Və özünün bir daha savadsızlığın göstərdi. Orta məktəbi bitirib və ali təhsili olmayan toy müğənnisindən elə bunu da gözləmək olardı. Oxuyanda qışqıran, danışanda heç kimə aman verməyən Şəbnəm Tovuzlu kimi toy müğənnilərini pul hesabına reklam edənlər, klassik sənətkarlarımızı gözdən salırlar. Nədənsə, əfsuslar olsun ki, özəl televiziya kanalları belə bir yol tutub.
İki gündən bir( bəzən hər gün) efirə çıxarılan və meydan sulayan Şəbnəm Tovuzluya deyən yoxdur ki, heç olmasa, başqa savadın olmasa da musiqi savadını artır. Ağzını açan kimi evlərinin sayından, atasına maşın bağışlanmasından danışır. Heç dünyaşöhrətli sənətkar Zeynəb Xanlarova bir dəfə olsun belə evindən, maşınından və var- dövlətindən danışmadı. Və ona görə də o, Zeynəb Xanlarovadır, bu da Şəbnəm Tovuzlu!!!
Emil Faiqoğlu