28 Mart 2025 10:32
413
SAĞLAMLIQ

Şəkərbura, paxlava...  

Bunlar Novruz bayramının  ən gözəl şirniyyat məhsullarıdır.

Adam onları yedikcə yemək istəyir və dadından doymaq olmur.İstənilən insan ondan dadmaq istəyir.Amma gərək hər şey qədərində olmalıdır.Əfsuslar onsun ki, buna çoxları əhəmiyyət vermir.Normadan artıq şəkərbura, paxlava, badambura, qoğal istehlak  edir, sonra da öldüm- öldümə  düşürlər, 103- ə zəng edib həkim çağırırlar. Həkimlər də gəlib görür ki, bəzi adamlar o şirniyyatlardan o qədər yeyiblər ki, axırda da, pəndəm  olublar.Və həkimin müdaxiləsindən sonra özlərinə gəlirlər.

Bir dostum var, şəkər xəstəliyindən  əziyyət çəkir, ancaq tamahını saxlaya bilmir. Bayram günlərində çoxlu şəkərbura, badambura, paxlava... yeyib və axırda da şəkəri  400- ə qalxıb. Həkimlər vaxtında ona kömək etməsəydi, komaya düşəcəkdi. Allahın ona yox, balalarına yazığı gəldi və həkimlərin yardımı ilə həyata qayıtdı. Bax, tamahının  əsiri olan belə xəstələr özlərini qorumalıdırlar.Ona görə də bayram günlərində həddindən artıq şirniyyat məhsuları yemək  insanların səhhətində  problemlər yarada bilər!

Emil Faiqoğlu