De,niyə bu qədər ögey olmusan?

Mən səni özümə doğma bilirdim.
Mən səni düşünüb,sənlə gülürdüm.
Sən qəmgin olanda inan,ölürdüm.
De,niyə bu qədər ögey olmusan?
******
Sən mənim qanadım,sən mənim qolum,
Min dərdin olsada,hamısın alım,
Şirin yuxu olum,gözünə dolum.
De,niyə bu qədər ögey olmusan?
******
Canımı yolunda qurban verərdim.
Ağrını,acını bir-bir dərərdim.
Şirin nemət kimi cana sərərdim.
De,niyə bu qədər ögey olmusan?
******
Bu ögeylik məni yandırar,yaxar.
İnan ki,göylərdən yerlərə çaxar.
Mənə düşmən olar,qəlbimi oxlar.
De,niyə bu qədər ögey olmusan?
******
Dərdimi səninlə yarı bölərdim.
Cəhənnəmə getsən,sənlə gələrdim.
Bacarsam,adını qəlbdən silərdim.
De,niyə bu qədər ögey olmusan?
******
Bacarsaydım,mən yerinə ölərdim.
Çağırsaydan,o dünyadan gələrdim.
Sənin üçün,öləndə də gülərdim.
De,niyə bu qədər ögey olmusan?
******
Sən mənə nə qədər ögey olsanda,
Məndən kənar qaçıb,uzaq qalsanda,
Əzreyil tək,lap canımı alsanda,
Demərəm,sən mənə ögey olmusan?
******
Sevin,sizi sevənləri mən qədər.
Yaman olun,yamanlara çən qədər,
Dünya qədər,cahan qədər,sən qədər,
De,niyə bu qədər ögey olmusan?
******
Hər yerdə mən səni izləyəcəyəm.
Hər zaman yolunu gözləyəcəyəm.
Ağlayıb,sonra da hey deyəcəyəm,
Sən,niyə bu qədər ögey olmusan?
De,niyə bu qədər ögey olmusan?
******
Bu şeiri,tələbə yoldaşlarımın istəyini nəzərə alaraq yazdım.
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.